Tərlan  Əhmədovun “Keşlə”dən müəmallı gedişinin səbəbi məlum olub.

Rekord.az-a daxil olan məlumata görə, Əhmədov klubun müşahidə şurasının sədri Zaur Axundova görə klubdan ayrılıb.

Bizə daxil olan məlumata görə, bir müddətdir bu iki şəxs arasında ciddi soyuqluq var. Axundov ciddi şəkildə baş məşqçinin işlərinə müdaxilə edir.  Xüsusilə transferlərlə bağlı məsələdə. Hətta deyilənə görə, Axundov Kamal Quliyevin “Keşlə”yə gəlişini istəmirdi və bunun üstündə də baş məşqçi ilə aralarında narazılıq olmuşdu. Bir sözlə, bu narazılıqlar səbəbindən Əhmədovla hələ də müqavilə imzalanmırdı. Yekunda Axundov Əhmədovla yola davam edə bilməyəcəklərini deyib və bildirib ki, onunla yeni müqavilə imzalanmayacaq.