Tanınmış mütəxssislərimizdən olan Tərlan Əhmədov maraqlı fikirlə diqqət çəkib.

Rekord.az xəbər verir ki, Əhmədov “İdman” TV-də yayımlanan “Mərkəz xətti” verilişində hazırda “Qarabağ”da forma geyinən Rahil Məmmədov haqda fikirlərini bölüşüb.

Müdafiəçini intizamsız adlandıran Əhmədov onu “Neftçi”dən qovmasından da söz açıb: “"Rahil Məmmədovu "Neftçi"dən mən qovmuşam. Rəhbərlikdən xahiş etmişəm ki, komandadan uzaqalşdırılsın. Çünki nizam-intizamsız futbolçudur. Komanda yoldaşlarına hörmətsizlik etdiyi üçün məşqlərin birində onu komandanın Bakıxanovdakı məşqindən qovdum. Qovdum ki, uzun müddət getsin əvəzedici komandada oynasın. Sonradan rəhbərlik tamamilə klubdan uzaqlaşdırdı. Yəni o futbolçunun xarakterində problem var".