Tərlan Əhmədov yenidən "Kəpəz"ə qayıtmağın əleyhinə deyil, amma...
- 31 Okt 2023 13:00
- 1444
Heç kimə sirr deyil ki, hazırda Gəncədə bir qrup insan hələ də ümid edir ki, Tərlan Əhmədov yenidən komandanın başına dönə bilər.
Rekord.az-a daxil olan məlumata görə, Əhmədov da bunun əleyhinə deyil.
O, özünə yaxın bildiyi adamlara da bu haqda məlumat verib. Lakin bunun üçün ilk növbədə İlqar Nadiri, Xaliq Mərdanov və Mehman Allahverdiyev klubdan getməlidir. Əhmədov yalnız bu halda "Kəpəz"in baş məşqçisi ola bilər.