Tərlan Əhmədovun maaşı qaldırıldı: "Neftçi"də işlədiyindən çox alacaq
- 21 Okt 2019 14:00
- 1090
"Keşlə" rəhbərliyi baş məşqçisi Tərlan Əhmədovun əməkhaqqını artırıb.
"Rekord.az"-ın məlumatına görə, onun maaşı 5000 manatdan 7000 manata qaldırılıb.
Bu, ötən ilin payızında komandanın sükanı arxasına keçən mütəxəssisin çoxsaylı xahişlərindən sonra rəsmiləşib.
Müqayisə üçün deyək ki. Əhmədov bundan əvvəl "Neftçi"də də işə 5000 manat məvaciblə başlamışdı. 2018-ci ilin yanvarında isə maaşı 7500 manata yüksəldilmişdi.