Mövsümün sonunda "Kəpəz"lə müqaviləsi başa çatacaq legionerlər hələlik gələcəkləri ilə bağlı qərar verməyə tələsmirlər.

Rekord.az xəbər verir ki, ilk növbədə komandanın Premyer Liqada qalıb-qalmayacağı məsələsi var.

Əgər komanda elitada qalmağıbacarsa belə, bu dəfə baş məşqçi Tərlan Əhmədovun verəcəyi qərar həlledici olacaq. Çünki indiki halda əcnəbilərin hamısı Əhmədovla işbirliyindən razıdır və onun xətrini də çox istəyirlər. Əgər o, postunda qalsa, legionerin əksəriyyəti də yeni müqavilə haqda danışıqlara başlayacaqlar. Yox, Əhmədov "Kəpəz"dən gedəsi olsa, aparıcı legionerlər də klubu tərk edə bilər.

Qeyd edək ki, Hazırda Şuaybu, Ayzaya, Mate. Junior kimi əcnəbilərə digər klublardan yaxşı təkliflıər var.