Tərtərdə "5 Mart-Bədən Tərbiyəsi və İdman Günü" münasibətilə boks yarışı
- 16 Mar 2023 10:30
- 398
Tərtər rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə boks üzrə açıq turnir keçirilib.
Rekord.az xəbər verir ki, turnirdə Tərtər, Bərdə, Ağcabədi, Mingəçevir(2 komanda) şəhər və rayonlarından ümumilikdə 5 komanda olmaqla 65 boksçu iştirak edib.
Turnirdə Tərtər UGİŞM-in direktoru Emin Quliyev, Tərtər rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Nəriman Nərimanzadə qonaq idmançıları salamlayaraq yarışın keçirilmə məqsədindən, eləcə də ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğıdan danışaraq idmançılara uğurlar arzulayıb.
Yekunda qalib idmançılar diplomlarla təltif edilib.