Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən "İdman həftəsi" çərçivəsində "5 mart Bədən Tərbiyəsi və İdman Günü" münasibəti ilə 2 mart 2023-cü il tarixdə Tərtər şəhər 1 saylı tam orta məktəbin idman zalında boks idman növü üzrə ustad dərsləri keçirilib.

Rekord.az xəbər verir ki, dərslər boks üzrə əməkdar məşqçi Faiq Məmmədov tərəfindən təşkil edilib və ümumilikdə 36 idmançı iştirak edib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Rəvan Həsənov və Tərtər rayon Gənclər və İdman idarəsinin rəisi Emin Pənahov çıxış edərək, "5 mart - bədən tərbiyəsi və idman günü"nün təsis edilməsindən, bu əlamətdar günün Respublikamızın ayrı-ayrı şəhər və rayonlarında yüksək səviyyədə qeyd edilməsindən, ölkəmizdə idmana və idmançılara göstərilən dövlət dəstəyindən ətraflı danışıb.

Sonra boks üzrə əməkdar məşqçi Faiq Məmmədovun rəhbərliyi ilə idmançılara ustad dərsləri keçirilib.