Bakıda keçirilməsi nəzərdə tutulan və bir müddət əvvəl təxirə salınan kişilər arasında çimərlik voleybolu üzrə turnirin başlanma xatı bəlli olub. "Rekord.az" xəbər verir ki, yarış iyulun 31-də və avqustun 1-də keçiriləcək.

Hövsan qəsəbəsində yerləşən "Algo Beach" çimərliyində baş tutacaq turnirdə kişi voleybolçulardan ibarət milli komandanın oyunçuları da mübarizə aparacaqlar. Qalib gələn cütlüyə pul mükafatı veriləcək.

Turnirdə iştirak etmək istəyən duetlər voleybol federasiyasına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, yarış iyulun 9-10-na nəzərdə tutulurdu. Millimiz Polşada təşkil olunan beynəlxalq turnirə qatıldığından Bakı turniri təxirə salınmışdı.