Azərbaycan Basketbol Liqasında 15-ci turdan təxirə salınmış oyun keçirilib.

Rekord.az xəbər verir ki, "Sərhədçi" İdman Mərkəzində "Gəncə" "Olimpik Şəki" ilə qarşılaşıb.

Görüş qərb təmsilçisinin 89:76 hesablı qələbəsi ilə başa çatıb.

Ən məhsuldar basketbolçular "Gəncə"dən Amil Həmzəyev (21 xal, 12 ribaund), "Olimpik Şəki"dən isə Larri Robinson (22 xal, 8 ribaund) olublar.