Futbol üzrə Azərbaycan Birinci Divizionunda 13-cü turdan təxirə salınmış oyunlar üçün təyinatlar açıqlanıb.

Rekord.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, “Kəpəz” – “Qaradağ Lökbatan” oyunu Tural Qurbanova tapşırılıb.

Əlverişsiz hava şəraitindən yarıda qalmış “Turan Tovuz” – “Sumqayıt-2” oyununda isə ədaləti Səhubi Bayramov qorumağa çalışacaq.

Birinci Divizion
13-cü turun oyunları

23 mart

“Kəpəz” – “Qaradağ Lökbatan”
Hakimlər: Tural Qurbanov, Kamran Bayramov, Vüsal Məmmədov, Kamal Umudlu
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
Gəncə şəhər stadionu, 15:00 (canlı/pfl.az)

“Turan Tovuz” – “Sumqayıt-2”
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Taleh Məmmədov, Vüqar Həsənli
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Tovuz şəhər stadionu, 15:30 (52-ci dəqiqədən etibarən)