Futbol üzrə Azərbaycan Birinci Divizionunun 14-cü turundan təxirə salınmış iki görüşün oyun cədvəli məlum olub.

Rekord.az xəbər verir ki, hər iki qarşılaşma martın 28-də keçiriləcək.

Oyunlara saat 15:00-da start veriləcək.

Qeyd edək ki, Azərbaycan milli komandalarının heyətində çox sayda oyunçusu olan “Sabah”ın rəsmi müraciətini, əsasnaməni və “Keşlə”nin rəsmi razılıq məktubunu nəzərə alan Peşəkar Futbol Liqası “Sabah-2” – “Keşlə-2” oyununu 28 aprel tarixinə təxirə salıb.

Birinci Divizion
14-cü turun oyunları

28 mart

Neftçi-2 – Sumqayıt-2
“Neftçi” klubunun bazası (4-cü meydança), 15:00

MOİK – Kəpəz
Binə qəsəbə stadionu, 15:00