![photo](https://www.rekord.az/storage/uploads/5/divizion.jpg)
Təxirə salınmış oyunların hakim təyinatları bəlli oldu
- 28 Mar 2021 13:40
- 552
Futbol üzrə Azərbaycan Birinci Divizionunda 14-cü turdan təxirə salınmış oyunlara hakim təyinatları açıqlanıb.
Rekord.az xəbər verir ki, “Neftçi” və “Sumqayıt” klublarının əvəzedici komandalarının oyunu Rəvan Həmzəzadəyə tapşırılıb.
MOİK - “Kəpəz” oyununda isə ədaləti Kamranbəy Rəhimov qoruyacaq.
Birinci Divizion
14-cü turun oyunları
28 mart
“Neftçi-2” – “Sumqayıt-2”
Hakimlər: Rəvan Həmzəzadə, Vüqar Bayramov, Kərim Zeynalov, İnqilab Məmmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Neftçi”nin təlim-məşq mərkəzi (4-cü meydança), 15:00
MOİK – “Kəpəz”
Hakimlər: Kamranbəy Rəhimov, Zöhrab Abbasov, Teymur Teymurov, Rəşad Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Eldəniz Musayev
Binə qəsəbə stadionu, 15:00.