
Təxirə salınmış oyunun keçiriləcəyi vaxt bəlli oldu
- 10:15
- 35
Voleybol üzrə kişilər arasında ölkə birinciliyində təxirə salınmış oyunun vaxtı bəlli olub. "Rekord.az" xəbər verir ki, “Xilasedici” - “AZERRAIL” qarşılaşması keçən həftə baş tutmalı baş tutmalı idi.
Yüksək Liqanın XIII turdan təxirə salınan bu oyun martın 25-də keçiriləcək. Matç FHN-nin idman zalında baş tutacaq.
Qeyd edək ki, oyun “Xilasedici” klubunun Azərbaycan Voleybol Federasiyasına (AVF) ünvanladığı müraciət əsasında təxirə salınıb. Sənəddə bildirilib ki, “Xilasedici”nin ev oyunlarının təşkil olunduğu FHN-nin idman zalında cüdo üzrə U-15 yarışları keçirilir. AVF klub rəhbərliyinin müraciətini nəzərə alaraq, matçın vaxtının dəyişidirilməsi ilə bağlı qərar qəbul edib.