
Təxirə salınmış oyunun vaxtı açıqlandı
- 2023-09-18 20:30
- 104
Misli Premyer Liqasının 2-ci turundan təxirə salınmış “Sumqayıt” – “Sabah” oyununun keçirilmə tarixi və başlama vaxtı müəyyənləşib.
Rekord.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma oktyabrın 25-də keçiriləcək.
"Kapital Bank Arena"da baş tutacaq matç saat 18:30-da start götürəcək.