Teymur Rəcəbov mövqeyini qorudu
- 30 İyn 2020 21:40
- 1271
Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.
Rekord.az FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın bir təmsilçisi yer alıb.
Koronavirus pandemiyasına görə İddiaçılar Turnirindən imtina edən Dünya Kubokunun qalibi Teymur Rəcəbov 9-cu pillədəki yerini qoruyub. Onun aktivində 2 765 xal var.
Şəhriyar Məmmədyarov isə 2 764 xalla 11-ci yerdə qalıb.
Qədir Hüseynov (2 665) 72-ci, Nicat Abbasov (2 664) 74-cü pillədə yer alıb. 2 654 xalı olan Rauf Məmmədov 90-cı sıradan 89-cu pilləyə irəliləyib.
Siyahıya yenə norveçli dünya çempionu Maqnus Karlsen 2 863 xalla başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana 2 835 xalla 2-ci, çinli Dinq Liren 2 791 xalla 3-cüdür.
Qadınlardan Günay Məmmədzadə 2 443 xalla 29-cu pillədəki mövqeyini qoruyub. 2 382 xala malik Gülnar Məmmədovanın da sırası dəyişməz qalıb. 2 376 xalı olan Xanım Balacayeva isə 85-ci yerdən 86-cı sıraya düşüb.