Karate üzrə Azərbaycan milli komandasının üzvü Fidan Teymurova Fransada keçirilən Premyer Liqa turnirində üçüncü yeri tutub.

Rekord.az xəbər verir ki, karateçi 50 kiloqram çəki dərəcəsində bürünc mükafata sahib çıxıb.

Azərbaycan millisi bu turnirdə 7 idmançı ilə təmsil olunub. Yığma yarışı bir medalla tamamlayıb.