2019-cu ildə təyyarə qəzası nəticəsində həyatını itirən futbolçu Emiliano Salanın son səs yazısı ortaya çıxıb.

Rekord.az BBC-yə istindən xəbər verir ki, 28 yaşındaykən dünyasını dəyişən Sala son olaraq bu sözləri deyib:

"Hazırda parçalanırmış kimi görünən təyyarədəyəm. Məndən xəbər almasanız, kimsə məni axtararmı, bilmirəm. Çünki məni tapa bilməzlər. Çox qorxuram".

Qeyd edək ki, argentinalı hücumçu “San Martin”in yetirməsi olub.2019-cu ilin yanvar ayında Fransanın “Nant” klubundan “Kardif Siti”yə transfer olan Sala İngiltərəyə yollanarkən təyyarə qəzasında həlak olmuşdu.