TFF bizim hakimlərə niyə maneə yaradıb? ÖZƏL!
- 24 Yan 2024 12:00
- 614
Məlum olduğu kimi, Antalyada təlim-məşq toplanışında olan hakimlərimiz heç bir oyun idarə etmədən vətənə döndü.
Rekord.az xəbər verir ki, AFFA yaydığı rəsmi açıqlamada bunu Türkiyə Futbol Federasiyasının (TFF) qadağası ilə bağladı.
Yəni qonşu ölkənin futbol federasiyası toplanışa gələn klubların oyunlarını yalnız türk hakimlırinin idarə etməsinı icazə verib. Halbuki TFF-nın belə bir qadağa qoymaq ixtiyarı yoxdur. Çünki Antalyada keçirilən oyunların demək olar ki, hamısı qeyri-rəsmi oyunlardı. TFF bizimkilərə yalnız süni maneələr yarada bilər ki, əldə etdiyimiz məlumata görə, hır şey də məhz belə olub. Bunun səbəbi isə TFF ilə Barış Şişməyin münasibətlərinin yaxşı olmamasıdır. Yerli federasiya bu səbəbdən müxtəlif süni maneələr yaradaraq bizim hakimlərin oyun idarə etməsinə imkan verməyib, əksər oyunları elə Türkiyədən olan aşağı kateqoriyalı hakimlər idarə edib.