TFF-dən Super Liqa ilə bağlı yekun qərar - RƏSMİ
- 28 May 2020 21:00
- 696
Futbol üzrə Türkiyə Super Liqasının iyunun 12-də başlayacağı təsdiqlənib.
Rekord.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası rəhbərliyinin bu gün keçirilən iclasında yekun qərar qəbul edilib.
Məlumata görə, 7 klubun cari mövsüm liqanı tərk etmək qaydasının ləğv edilməsi tələbi rədd edilib. Çempionatın daha öncə də təyin edilən vaxtda - iyunun 12-də başlayacağı açıqlanıb.
Federasiya Türkiyə Kubokunun da öncədən təyin edilən təqvimlə davam edəcəyini bildirib. Super Liqa iyunun 12-də, 27-ci turdan bərpa olunacaq.
Xatırladaq ki, Türkiyədə çempionatlar koronavirus pandemiyasına görə martdan bəri dayandırılıb.