TFF prezidenti Bakı iddiaları haqda danışdı
- 26 May 2021 17:20
- 659
"Bu 3 matçdan hədəflədiyimiz xalları alaraq, qrupdan çıxmaq istəyirik”.
Rekord.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdemir çıxış edib.
O, Uels və İsveçrə ilə Bakıda keçirəcəkləri oyunlara da toxunub: “Qarşıda duran ilk vəzifə pley-offa çıxmaqdır. Hamı kimi, mənim də arzum "Uembli"də final oynamaqdır.
Çox yaxşı komandamız var. Futbolçularımız müxtəlif ölkələrdə bizi təmsil edirlər. Şenol Güneşin rəhbərliyi altında finaladək irəliləmək istəyirik".
AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.