Tofiq Bəhramovun heykəli əvvəlki rənginə qaytarılıb.

Rekord.az xəbər verir ki, stadionda aparılan restavrasiya işləri çərçivəsində məşhur azərbaycanlı hakimin heykəlinin rəngi ağdan əvvəlki bürünc rənginə boyanıb.

İngiltərədə 1966-cı ildə keçirilmiş dünya çempionatının finalında yan xətt hakimi qismində verdiyi qərarla məşhurlaşmış Tofiq Bəhramov dünyada yeganə referidir ki, adına stadion var.

Onun heykəli 2004-cü ildə – seçmə mərhələnin Azərbaycan – İngiltərə matçından əvvəl quraşdırılıb.