Tofiq Məmmədov: "Adımın bu cür məsələlərdə çəkilməsini istəmirəm"
- 03 Noy 2023 11:00
- 769
Dünən saytımızda "Müxaliflər "Kəpəz"in rəhbəri kimi onu görmək istəyir" başlıqlı xəbər getmişdi.
Rekord.az xəbər verir ki, həmin xəbərdə bir qrup gəncəli futbolsevərin Gəncə futbolunun veteranlarından sayılan Tofiq Məmmədovu "Kəpəz"in rəhbər postunda görmək istəyindən bəhs olunurdu.
Xəbər saytımızda dərc olunandan sonra bizimlə əlaqə saxlayan Tofiq müəllim, məsələyə münasibət bildirmək istdiyini dedi və biz də təbii ki, ona tribuna verdik: "Bu məlumatı sizə verən şəxslər kimdir, bilmirəm. Ola bilsin onların da içində Gəncə futbolunu sevən insanlar var. Amma mənim adımı bu cür məsələlərdə hallandırmasınlar. Mən, ümumiyyətlə, adımın bu cür məsələlərdə hallanmasını istəmirəm".