Londonda 2012-ci ildə keçirilən Olimpiya Oyunlarının qalibi Toğrul Əsgərov idmançı karyerasını başa vurur.

Rekord.az xəbər verir ki, T.Əsgərova Azərbaycan Güləş Federasiyasında vitse-prezident postu təklif olunub.

Uzun müddətdir zədələrlə mübarizə aparan Olimpiya çempionu hələ ki, qərarını verməyib. Onun yaxın günlərdə qərarını açıqlayacağı bildirilir. Böyük ehtimalla Əsgərov karyerasını başa vurub federasiyanın vitse-prezidenti vəzifəsini icra edəcək. (qafqazinfo.az)