Tokio-2020 Yay Olimpiya Oyunlarında boks yarışlarının püşkatma mərasimi keçirilib.

Rekord.az xəbər verir ki, texniki iclasdan sonra baş tutan tədbirdə Azərbaycan millisinin üzvlərinin də ilk rəqibləri bəlli olub.

1/16 final
24 iyul

57 kq
Tayfur Əliyev – Nquyen Van Duonq (Vyetnam)

69 kq
Lorenzo Sotomayor – Əsgərxan Madiyev (Gürcüstan)

+91 kq
Məhəmməd Abdullayev – Denis Latıpov (Bəhreyn)

25 iyul

63 kq
Cavid Çələbiyev – Yaroslav Hartsiz (Ukrayna)

1/8 final
28 iyul

81 kq
Alfonso Dominqes – Emmett Brennan (İrlandiya)/Dilşodbek Ruzmetov (Özbəkistan)

Qeyd edək ki, Oyunlarda boks yarışları iyulun 24-də start götürəcək və avqustun 8-də bitəcək. Döyüşlər “Ryoqoku Kokuqikan” İdman Sarayında keçiriləcək.