Tokio-2020: Cüdoçularımızın ilk rəqibləri bəlli oldu
- 22 İyl 2021 12:15
- 717
Tokio-2020 Yay Olimpiya Oyunlarında cüdo yarışlarının püşkü atılıb.
Rekord.az xəbər verir ki, milli komandamızın üzvlərinin də rəqibləri bəlli olub.
Kişilər
60 kq
Kəramət Hüseynov - Eşli Makkenzi (Böyük Britaniya)
66 kq
Orxan Səfərov - Yerlan Serixjanov (Qazaxıstan)
73 kq
Rüstəm Orucov - Musa Moquşkov (İOC, Rusiya)
81 kq
Murad Fətiyev - Frederik Harris (Sierra Leone)
90 kq
Məmmədli Mehdiyev - Rafael. Maçedo (Braziliya) / İslam Bozbayev (Qazaxıstan) cütünün qalibi
100 kq
Zelim Kotsoyev - Aleksandr İddir (Fransa)
+100 kq
Uşangi Kokauri - Maciej Sarnacki (Polşa)
Qadınlar
48 kq
Aişə Qurbanlı - Katarina Kosta (Portuqaliya)
+78 kq
İrina Kindzerska - İzayana Marenko (Nikaraqua) / Larisa Tseriç (Bosniya və Herseqovina) cütünün qalibi
Tokio-2020 Yay Olimpiya Oyunlarında cüdo yarışlarına iyulun 24-də start veriləcək. Azərbaycan tarixdə ilk dəfə olaraq olimpiadada 9 idmançı ilə təmsil olunur. Tatamiyə ilk olaraq Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) çıxacaq. Olimpiadada cüdo yarışları iyulun 31-də yekunlaşacaq.