Almaniya millisinin üzvü Maks Kruze maraqlı addımla gündəmə gəlib.

Rekord.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi Olimpiya Oyunlarında Səudiyyə Ərəbistanı ilə keçirilən matçdan (3:2) sonra verdiyi açıqlama zamanı sevgilisi Dilara Mardineyə evlənmə təklif edib.

Dilaranın Kruzeyə cavabı “hə” olub.

Almaniya millisinin sabiq üzvü Kruze Olimpiya Oyunları üçün yığmanın heyətində yer alır.