Tokio-2020-ə vəsiqə qazanan ilk futbol yıgması
- 07 Fev 2020 17:43
- 764
Tokio-2020 Yay Olimpiya oyunlarında iştirak edəcək ilk futbol milli komandası məlub olub.
Rekord.az FİFA-nın rəsmi Tvitter səhifəsinə istindən xəbər verir ki, bu, 23 yaşadək futbolçulardan ibarət Argentina yığmasıdır.
Komanda kolumbiyalı həmyaşıdlarını məğlub edərək (2:1) Cənubi Amerika Futbol Konfederasiyasının seçmə mərhələsinə və bununla da Yay Olimpiya oyunlarına vəsiqə qazanıb.
Qeyd edək ki, Yay Olimpiya oyunları Yaponiyanın 6 şəhərində 22 iyul – 8 avqust aralığında keçiriləcək.