Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunları üçün azərbaycanlı səfirlərin adları məlum olub.

Rekord.az xəbər verir ki, idmançı səfirlər karateçi Rafael Ağayev, cüdoçu Rüstəm Orucov, taekvondoçu Fəridə Əzizova və güləşçi Hacı Əliyevdir.

Ulduz səfirlər isə sabiq güləşçi və hazırda AFFA-nın İcraiyyə Komitəsinin üzvü olan Fərid Mansurovla müğənni Tünzalə Ağayevadır.