Tokio-2020: Rafiq Hüseynov erməniyə qalib gəlib, “bürünc” qazandı!
- 03 Avq 2021 16:00
- 837
Azərbaycanlı güləşçi Rafiq Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. Rekord.az xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı “bürünc” uğrunda Ermənistan təmsilçisi Karapet Çalyanla güləşib.
Hüseynov erməni rəqibini 4:1 hesabıyla məğlub edərək, bürünc medalı qazanıb.
Qeyd edək ki, Rafiq Hüseynov karyerasında ilk dəfə olimpiya medalı qazanıb. O, əvvəllər iki dəfə 2011 və 2020-ci illərdə Avropa çempionluğu, həmçinin Bakı-2015 I Avropa Oyunlarının və 2019-cu il dünya çempionatının gümüş medalını əldə edib.
Bu, Azərbaycanın Tokio-2020-də üçüncü medalı olub. Daha əvvəl cüdoçu İrina Kindzerska (+78 kq) və boksçu Alfonso Dominges (81 kq) bürünc medala sahib olub.