Tokio-2020: Taekvonduçularımızın ilk rəqibləri müəyyənləşdi
- 22 İyl 2021 13:15
- 728
Tokio-2020 Yay Olimpiya Oyunlarında çıxış edəcək Azərbaycan taekvonduçularının ilk rəqibləri bəlli olub.
Rekord.az xəbər verir ki, 80 kq çəki dərəcəsində mübarizə aparan Milad Beigi Hərçəqani ilk olaraq Çin-Taypeyini təmsil edən Vei-Ting Liu ilə üz-üzə gələcək.
Qadın taekvondoçu Fəridə Əzizova isə Paige Mcphersonla (ABŞ) görüşəcək.
Taekvonda yarışların iyulun 24-də start veriləcək. Hər iki idmançı mübarizəyə iyulun 26-da başlayacaq.
Qeyd edək ki, yarışın açılış mərasimi iyulun 23-də olacaq. Olimpiadaya avqustun 8-də yekun vurulacaq.