Tokio Olimpiadası yenidən təxirə salına bilər?
- 23 Yan 2021 15:15
- 828
Yaponiyanın Osaka prefekturasının qubernatoru Yosimura Hirofumi Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarının növbəti dəfə təxirə salınmasının mümkünlüyünü söyləyib.
Rekord.az xəbər verir ki, Hirofumi "Kyodo" agentliyinə açıqlamasında olimpiadanın 2024-cü ildə keçirilə biləcəyini bildirib.
"Olimpiadanın ləğv edilməsi sözünü işlətmək istəməzdim. Amma mümkün təxirəsalınma real görünür", - deyə Hirofumi vurğulayıb.
"Tokio-2020" bu il 23 iyul - 8 avqusta təxirə salınıb.