Azərbaycan Paralimpiya Komitəsi yayda Yaponiyanın paytaxtı Tokioda keçiriləcək paralimpiadaya yollanacaq nümayəndə heyətinin rəhbərini müəyyənləşdirib.

Rekord.az xəbər verir ki, paralmpiadada bu vəzifəni ("Chef de mission") Rauf Mürsəlov icra edəcək. 2011-ci ildən Milli Paralimpiya Komitəsində fəaliyyətə başlayan Mürsəlov hazırda İdman şöbəsinin müdiridir.

Qeyd edək ki, Azərbaycan güllə atıcılığı, atletika, üzgüçülük və pauerliftinq olmaqla “Tokio-2020” Paraimpiya Oyunlarına hələlik 7 lisenziya qazanıb. Ölkəmizin Yaponiyada 7 idman növü üzrə 32 atletlə təmsil olunacağı proqnozlaşdırılır.

 

Olimpiadada nümayəndə heyətinin rəhbəri isə Anar Bağırov olacaq.