Tomas Doll: "Diqqətimizi "Qarabağ"la oyna yönəltməliyik"
- 04 Noy 2019 14:45
- 634
"Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən APOEL-in baş məşqçisi Tomas Doll Kipr çempionatının 8-ci turunda AEK-lə qarşılaşdığı oyundan sonra fikirlərini bildirib.
Rekord.az xəbər verir ki, almaniyalı mütəxəssis 0:0 hesabıyla başa çatan oyundan sonra belə deyib:
“Yaxşı oyun göstərdik. Futbolçular bütün gücünü qoydu. İndi daha yaxşı olduğumuzu görə bilərsiniz. Komandadakı inkişafı görürəm. Futbolçuların mübarizəsindən razı qaldım, amma nəticədən məmnun deyiləm.
APOEL və AEK kimi komandaların öndə olduğunu nəzərə alsaq, cəsur futbol baş tutdu. Bütün futbolçular savaşdı. Futbolda dürüst olmaq lazımdı. Hər şeydən narazı olmayın. Cümə axşamı Avropa Liqasında vacib oyunumuz var, diqqətimizi bu oyuna yönəltməliyik”.