Tomas Doll: "Qrupdan çıxmaq APOEL-in haqqı idi"
- 29 Noy 2019 17:27
- 868
Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan APOEL-in baş məşqçisi Tomas Doll pley-offa vəsiqə qazanmalarını şərh edib.
Rekord.az Kipr mətbuatına istinadən xəbər verir ki, almaniyalı mütəxəssis səfərdə "Düdelanj"a qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında bunları deyib: “Növbəti mərhələyə çıxmaq tam haqqımız idi. Əsas görüşlərdə xal toplaya bildik - Bakını heç-heçə ilə tərk etdik, evdə isə “Qarabağ”a qalib gəldik. Qrup mərhələsinin əvvəlində gözlənilmədən “Düdelanj”a uduzmuşduq. Sonradan bunun təsadüf olduğunu sübut etdik".
Xatırladaq ki, “Qarabağ”ın “Sevilya”ya 0:2 hesabı ilə uduzması və APOEL-in “Düdelanj”ı eyni hesabla üstələməsi Nikosiya təmsilçisini pley-offa yüksəldib.