“Real” İspaniya kubokunun 1/4 finalında “Atletiko”nu məğlub edib - 3:1.

Rekord.az xəbər verir ki, bu görüş “kral klubu”nun futbolçusu Toni Kroos üçün əlamətdar olub.

Almaniyalı futbolçu La Liqa təmsilçisinin heyətində 250-ci qələbəsini qazanıb.

“Real”ın prezidenti Florentino Peres 33 yaşlı oyunçuya 250 nömrəli forma hədiyyə edib.

2014-cü ildən İspaniya klubunun formasını geyinən Kroos bu müddətdə 390 matça çıxıb, 27 qol vurub və 87 məhsuldar ötürmə edib.