![photo](https://www.rekord.az/storage/uploads/4/kross-1.jpg)
Toni Krossun son durumu açıqlandı
- 24 Mar 2021 14:49
- 556
Almaniya millisinin və "Real"ın zədəli futbolçusu Toni Kroosun son durumu açıqlanıb.
Rekord.az Almaniya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, tibbi müayinədən keçən yarımmüdafiəçinin zədəsinin ciddi olduğu məlum olub.
Bud əzələsində dartılma olan futbolçunun yığmanın DÇ-2022-nin seçmə mərhələsində qarşıdan gələn İslandiya, Rumıniya və Şimali Makedoniya ilə oyunlarını buraxacağı dəqiqləşib. Futbolçu bu səbəbdən İspaniyaya geri dönəcək.
Komandanın baş məşqçisi Yoahim Löv Avro-2020-nin oyunlarında Kroosdan istifadə etmək üçün onu qarşıdakı 3 görüşdə meydana buraxmaq istəmədiyini bildirib.