Antalya toplanışı çərçivəsində keçirilən “Qəbələ” – “Bohemians” (Çexiya) oyunundan (1:3) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev qarşılaşma barədə fikirlərini açıqlayıb.

Rekord.az sizi 42 yaşlı mütəxəssisin fikirləri ilə tanış edir:

“Düşündüyümüz o idi ki, komanda yük altında oynasın. İkinci oyunda daha çox yüklənəndən sonra bu dəfə futbolçularda dinamikliyin yoxluğu  hiss olunurdu. Belə çətin oyun olacağını gözləyirdik. Sevindiricidir ki, komanda yüklənmiş dönəmdə də verilən tapşırıqları maksimum yerinə yetirməyə çalışırdı”.

Baxşıyev ümumilikdə toplanışı da dəyərləndirib: “Ümumi götürəndə toplanışdan razı qaldım. Əlbəttə, çatışmayan cəhətlər var. İnanıram ki, günü-gündən bu çatışmazlıqları da aradan qaldıracağıq. İki həftə deyil ki, komanda kimi bir yerdəyik. İnanıram ki, günü-gündən optimal formaya yaxınlaşacağıq. Bu matçda bir az rotasiyaya getdik. Daha çox gənclərə şans verdik. Bu oyun gənclər üçün təcrübə olacaq. “Sumqayıt”la kubok matçına 9 gün var. Bərpa prosesini tam keçib vətənə dönəndən sonra bütün düşüncə həmin qarşılaşma ilə bağlı olacaq”.