Azərbaycan millisinin futbolçusu Toral Bayramov Estoniyaya 1:3-lük məğlubiyyətdən sonra açıqlama verib.

Rekord.az xəbər verir ki, o, Estoniyaya ezam olunmuş əməkdaşımıza bunları deyib: "Oyunla bağlı danışılası bir şey yoxdu. Əslində oyuna pis başlamamışdıq. Sadəcə, iki çox ucuz qol buraxdıq. O da gətirib bu yerə çıxartdı. Çalışacayıq etdiyimiz səhvlərdən nəticə çıxardıb növbəti oyunlara hazırlaşaq, qələbə qazanaq. Məğlubiyyətin konkret səbəbini deməkdə çətinlik çəkirəm. Nə bilim, qismət, bəxt. Biz istifadə edə bilmədik, onlar istifadə etdi. Növbəti rəqib Slovakiyanı tanıyırıq, həmin oyunda çalışacayıq ki, ən azından doğma azarkeşlərimiz önündə yaxşı nəticə qazanıb xalqımızı sevindirək".