Cənub Regional Futbol Federasiyası 2023-cü ilin ən yaxşılarını seçib.

Rekord.az xəbər verir ki, "Lerik"in prezidenti Famil Məmmədov ilin futbol adamı seçilib.

"Xan Lənkəran" futzal komandası isə ilin ən yaxşı komandası seçilib. "Qarabağ"ın futbolçusu Toral Bayramov ilin ən yaxşı futbolçusu seçilib. AFFA-nın Kütləvi Futbol Departamenti futbolun inkişafında göstərdiyi dəstəyə görə ən yaxşı adına layiq görülüb. Mircəlal Əliyevlə Elxan Həmidov ilin futbol veteranları seçilib. Cavid Əhmədoğlu, Orxan Sübhan və Rekord.az-ın baş redaktoru Kənan Məstəliyev isə ilin ən yaxşı KİV nümayəndələri seçilib.