İtaliyanın “Torino” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Rekord.az xəbər verir ki, A Seriyası təmsilçisi Marko Campaoloya tapşırılıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 53 yaşlı italyan mütəxəssislə 2 illik müqavilə imzalanıb.

İtaliyada 10-dan çox kluba baş məşqçilik etmiş Campaolo, ötən mövsümün əvvəlində “Milan”a rəhbərlik etsə də, 7 turdan sonra istefaya göndərilmişdi.

Campaolo “Torino”da bir neçə gün öncə istefaya göndərilən Moreno Lonqonu əvəz edib. Lonqonun rəhbərlik etdiyi komanda A Seriyasında geridə qalan mövsümü 16-cı sırada tamamlayıb.