İtaliyanın “Torino” klubunun koronavirusa yoluxan futbolçusu tam sağalıb.

Rekord.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, “Torino” mayın 6-da bir futbolçusunda koronavirus aşkarlandığını açıqlamışdı. Lakin həmin futbolçunun kimliyi barədə məlumat verilməmişdi. 

Həmin dövrdən müalicə alan və xüsusi nəzarətdə saxlanılan oyunçunun sonuncu koronavirus testlərinin neqativ çıxdığı bildirilir. Artıq sözügedən oyunçunun komanda ilə məşqlərdə də iştirak etdiyi diqqətə çatdırılıb.