İtaliyanın “Torino” klubunda bir nəfər koronavirusa yoluxub.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Götürülən testlərdə bir nəfərin nəticəsi pozitiv olub. Həmin şəxsin klub işçisi olduğu və xəstəliyin simptomlarını keçirmədiyi bildirilir. Virusa yoluxan klub işçisi karantinə alınıb.

Testin pozitiv nəticələnməsindən sonra komandanın bu gün və sabah keçirməli olduğu yoxlama oyunları təxirə salınıb.