“Tottenhem” 175 milyonluq kreditə girdi
- 05 İyn 2020 13:20
- 610
İngiltərənin “Tottenhem” klubu 175 milyon funt-sterlinq məbləğində kredit götürüb.
Rekord.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Xəbərdə bildirilir ki, Premyer Liqanın koronavirus pandemiyasına görə dayandırılması London təmsilçisinin ciddi itki ilə üzləşməsinə səbəb olub. Belə ki, bu ilin martından etibarən 2021-ci ilin iyun ayına qədər klubun bütövlükdə 200 milyon funt-sterlinqdən çox itki ilə üzləşəcəyi bildirilir. Klub rəhbərliyi bu itkiləri sığortalamaq üçün İngiltərə banklarının birindən kredit götürmək məcburiyyətində qalıb. Lakin “Tottenhem”in bu kreditdən transferlər üçün xərcləyə bilməyəcəyi də vurğulanır.
Xatrıladaq ki, bir neçə gün öncə İngiltərənin digər klubu “Mançester Yunayted” də bankdan 140 milyon funt-sterlinq məbləğində kredit götürmüşdü.