“Tottenhem” 63 illik rekordu təkrarladı
- 24 Okt 2023 12:44
- 254
İngiltərənin “Tottenhem” klubu 63 illik rekordu təkrarlayıb.
Rekord.az xəbər verir ki, London təmsilçisi 1960-cı ildən bəri ölkə çempionatında ən uğurlu startına imza atıb.
Paytaxt komandası ilk 9 turda 23 xal toplayaraq, özünə məxsus ən yaxşı göstəricini təkrarlayıb. 63 il əvvəlki mövsümdə “Tottenhem” ölkə çempionluğunu qazanmışdı.
Hazırda Premyer Liqaya liderlik edən “Tottenhem” ən yaxın izləyiciləri olan “Mançester Siti” və “Arsenal”ı 2 xal qabaqlayır.