“Çelsi”nin müdafiəçisi Aksel Disasi İngiltərə Premyer Liqasının başqa klubuna keçə bilər.


Rekord.az xəbər verir ki, fransalı futbolçunun transferində “Tottenhem” maraqlıdır.


London klubu Disasi ilə zədəli Radu Draquşini əvəzləmək fikrindədir.


26 yaşlı müdafiəçi “Çelsi”də müntəzəm oyun vaxtı qazanmır və buna görə də transferlə razılaşa bilər. O, bu mövsüm hazırkı komandasının heyətində 17 matçda iştirak edib, 2 qol vurub və 2 məhsuldar ötürmə verib.