“Tottenhem” futbolçusunu satdı
- 19 Avq 2024 20:00
- 163
İngiltərənin "Tottenhem" klubunun futbolçusu Oliver Skipp komandası ilə vidalaşıb.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi bu mövsüm Premyer Liqaya vəsiqə qazanan "Lester Siti"yə keçib.
O, 2029-cu ilə qədər "tülkülər"in şərəfini qoruyacaq. London klubu bu satışdan 23,5 milyon avro qazanıb.
Yetirməsi olduğu “Tottenhem”də 100-dən çox oyun keçirmiş Skipp bir müddət icarə əsasında "Norviç Siti"də də çıxış edib.