"Tottenhem" Lorisin yerinə onu almaq istəyir
- 24 Mar 2021 15:48
- 549
"Tottenhem" heyətinə yeni futbolçu qatmağı planlaşdırır.
Rekord.az "Get French Football News"a istinadən xəbər verir ki, London klubu "Lill"in qapıçısı Mayk Menyanı almaq niyyətindədir. Baş məşqçi Joze Mourinyo onu komandadan ayrılacağı gözlənilən Uqo Lorisin əvəzləyicisi kimi görür. Lakin Premyer Liqa təmsilçisi qolkiper üçün 25 milyon avro xərcləməli olacaq.
Qeyd edək ki, Msyk Manyan bu mövsüm 39 matçda 33 qol buraxıb.