Bu gün futbol üzrə Avropa Konfrans Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçirilib.

Rekord.az xəbər verir ki, H qrupunda yer alan Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda Kiprin “Omoniya” komandasını qəbul edib. Dörd qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib. Qrupun digər matçında İsveçrənin “Bazel” komandası səfərdə “Kayrat”ın (Qazaxıstan) qonağı olub və qələbə sayəsində liderliyə yüksəlib.

İngiltərənin “Tottenhem” komandası Sloveniya “Mura”sını sınağa çəkib və səfərdə gözlənilməz məğlubiyyətlə üzləşib. Joze Mourinyonun rəhbərlik etdiyi “Roma”nın rəqibi isə Ukraynanın “Zarya” komandası olub. “Canavarlar” bu görüşdə darmadağına seviniblər.

Avropa Konfrans Liqası
Qrup mərhələsi, 5-ci tur

25 noyabr

A qrupu

HJK (Finlandiya) – Alaşkert (Ermənistan) 1:0
Qol: Tanaka, 48.

Makkabi (Təl-Əviv, İsrail) – LASK (Avstriya) 0:1
Qol: Horvat, 89.

Xal durumu: LASK – 13, Makkabi – 10, HJK – 6, Alaşkert – 0.

B qrupu

Flora (Estoniya) – Partizan (Serbiya) 1:0
Qol: Miller, 44.

Anortosis (Kipr) – Gent (Belçika) 1:0
Qol: Kristodolopulos, 27.

Xal durumu: Gent – 10, Partizan – 7, Flora – 5, Anortosis – 5.

C qrupu

Roma (İtaliya) – Zarya (Ukrayna) 4:0
Qol: K.Peres, 15. Zaniolo, 33. Abraham, 46; 75.

Bodo Qlimt (Norveç) – ÇSKA (Sofiya, Bolqarıstan) 2:0
Qol: Fet, 25. Botheym, 85.

Xal durumu: Bodo Qlimt – 11, Roma – 10, Zarya – 6, ÇSKA – 1.

D qrupu

Yablonets (Çexiya) – Alkmaar (Niderland) 1:1
Qol: Kratoxvil, 7 – Evyen, 44.

Randers (Danimarka) – ÇFR Kluj (Rumıniya) 2:1
Qol: Kamara, 68. Pyesinger, 76 – Deaç, 72.

Xal durumu: Alkmaar – 11, Randers – 7, Yablonets – 6, ÇFR – 1.

E qrupu

Slaviya (Praqa, Çexiya) – Feyenoord (Niderland) 2:2
Qol: Olayinka, 12. Kuçta, 66 – Dessers, 31; 90+3.

Makkabi (Hayfa, İsrail) – Union Berlin (Almaniya) 1:0
Qol: Ryerson, 66.

Xal durumu: Feyenoord – 11, Slaviya – 7, Union Berlin – 6, Makkabi – 4.

F qrupu

Linkoln (Cəbəllütariq) – Kopenhagen (Danimarka) 0:4
Qol: Yohannesson, 5. Lerager, 7. Bovinq, 63. Hoylund, 73.

Slovan (Bratislava, Slovakiya) – PAOK (Yunanıstan) 0:0

Xal durumu: Kopenhagen – 12, Slovan – 8, PAOK – 8, Linkoln – 0.

G qrupu

Renn (Fransa) – Vitess (Niderland) 3:3
Qol: Labord, 9; 39; 69 – Huysman, 43. Buytnik, 75. Openda, 90.

Mura (Sloveniya) – Tottenhem (İngiltərə) 2:1
Qol: Horvat, 11. Marosa, 90+4 – Keyn, 72.

Xal durumu: Renn – 11, Tottenhem – 7, Vitess – 7, Mura – 3.

H qrupu

Kayrat (Qazaxıstan) – Bazel (İsveçrə) 2:3
Qol: V.Lav, 23. K.Hovanisyan, 56 – Artur, 45-pen. Jeqrova, 69. Kasami, 73.

Qarabağ – Omoniya (Kipr) 2:2
Qol: P.Psaltis, 49-öz qapısına. P.Andrade, 88 – M.Duriş, 43. X.Qomes, 90.

Xal durumu: Bazel – 11, Qarabağ – 11, Omoniya – 3, Kayrat – 1.