Səudiyyə Ərəbistanı “Əl-İttihad”ının hücumçusu Jota ingilis klublarının maraq dairəsinə düşüb. “Rekord.az” xəbər verir ki, portuqaliyalı forvardı “Tottenhem” və “Nyukasl” transfer etmək istəyir.

Oyunçunun xüsusilə London təmsilçisinə keçmək şansı böyükdü. Çünki baş məşqçi Angelos Postekoğlu “Seltik”i çalışdırdığı zaman Jota onun rəhbərliyi altında oynayıb. 

Futbolçunun transfer qiymətinin 40 milyon avro civarında olduğu bildirilir.