İngiltərənin “Tottenhem” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Rekord.az xəbər verir ki, London təmsilçisi PSV-dən Stiven Berqveyni transfer edib.

Bu barədə “Tottenhem”in rəsmi saytı məlumat yayıb. 22 yaşlı cinah yarımmüdafiəçisi ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb.

Berqveyn cari mövsümdə PSV-nin heyətində iştirak etdiyi 29 oyunda 6 qol, 13 məhsuldar ötürmə ilə yadda qalıb.